"YouTube"un son 2 ayda Azərbaycandakı bazar payı 2,5 dəfə azalıb

İKT
  • 02 sentyabr, 2026
  • 15:17
YouTubeun son 2 ayda Azərbaycandakı bazar payı 2,5 dəfə azalıb

Bu ilin avqust ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) "YouTube"un bazar payı 29,27 % təşkil edib.

"Report"un "Statcounter" agentliyinin hesabatına istinadən verdiyi xəbərə görə, bu, iyul ayına nisbətən 7,31 faiz bəndi az, 2025-ci ilin avqust ayının göstəricisi ilə müqayisədə 19 faiz bəndi çoxdur. Sosial şəbəkənin bazar payı ardıcıl olaraq ikinci aydır azalır (iyul-avqust aylarında azalma 2,5 dəfə təşkil edib).

İkinci pillədə qərarlaşan "Facebook"un bazar payı ay ərzində 0,8 faiz bəndi, il ərzində isə 3,11 faiz bəndi azalaraq 27,65 % təşkil edib.

Növbəti yerdəki "Instagram"ın bazar payı ay ərzində 1,33 faiz bəndi artaraq, illik isə 29,08 faiz bəndi azalaraq 13,62 % təşkil edib.

Dördüncü pillədəki "X"in bazar payı aylıq 5,86 faiz bəndi, illik müqayisədə isə 4,54 faiz bəndi artaraq 11,74 % təşkil edib.

İlk beşliyi 7,22 %-lik bazar payı ilə "LinkedIn" qapayır. Sosial şəbəkənin bazar payı avqustda 0,3 faiz bəndi, il ərzində isə 5,57 faiz bəndi azalıb.