"Xiaomi" son 5 ayda Azərbaycanın mobil cihaz bazarındakı payının 32 %-ni itirib
- 03 noyabr, 2025
- 11:54
Bu ilin oktyabr ayında Azərbaycanın mobil cihazlar bazarında adları açıqlanmayan brendlərin payı 25,71 % təşkil edib.
"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, sentyabr ayına nisbətən 2,78 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 15,48 faiz bəndi çoxdur.
Növbəti sıradakı "Samsung"un payı aylıq müqayisədə 1,92 faiz bəndi, illik müqayisədə 9 faiz bəndi azalaraq 24,55 % olub.
Üçüncü pillədəki "Apple"ın bazar payı aylıq müqayisədə 1,17 faiz bəndi və illik müqayisədə 4,83 faiz bəndi artaraq 21,2 % olub.
Dördüncü pillədə qərarlaşan "Xiaomi"nin bazar payı aylıq müqayisədə 1,57 faiz bəndi, illik müqayisədə isə 10,04 faiz bəndi azalaraq 17,87 % təşkil edib. Beləliklə şirkətin bazar payı ardıcıl olaraq beşinci aydır azalır (ümumi azalma 32 % təşkil edir).