Vüsal Qasımlı: "Türkiyə və Pakistan "Yaşıl və Rəqəmsal İpək Yolu" startap layihəsinə qoşulub"
- 21 noyabr, 2025
- 16:46
Türkiyə, Pakistan və digər ölkələrin startapları Azərbaycanın "Yaşıl və Rəqəmsal İpək Yolu" startap layihəsinə qoşulublar.
"Report" xəbər verir, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, eyni zamanda adıçəkilən layihənin icrası direktoru Vüsal Qasımlı bu proqramın "Demo-Day" tədbirində çıxış edən layihənin icraçı direktoru bildirib.
Onun sözlərinə görə, bu il Azərbaycanın təşəbbüsü ilə təşkil olunan proqramda 130 startap iştirak edib: "Startaplar bir neçə mərhələni keçərək final yarışlarına və seçim mərhələlərinə qatılıblar. Bu dəfə yalnız yerli deyil, həm də Türkiyə, Pakistan və digər ölkələrin startapları layihədə yer alıblar. 130 startap arasından seçilərək ilk 30-luğa düşmək böyük nailiyyətdir".
V. Qasımlı əlavə edib ki, proqrama ABŞ-ın Nevada Universiteti, İstanbul Universiteti, Almaniyanın Süni İntellekt Mərkəzi və digər nüfuzlu qurumlar dəstək verir.