Ukrayna rəsmisi : "Kibertəhlükəsizlik potensialımızı ixrac etmək istəyirik"
- 11 oktyabr, 2025
- 13:02

Ukrayna kibertəhlükəsizlik potensialını ixrac etmək istəyir.
"Report" xəbər verir ki, bunu Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının İnformasiya və Kibertəhlükəsizlik İdarəsinin rəhbəri Nataliya Tkaçuk Bakıda keçirilən "Women in Cyber" - "Qadınların səsi, kibertəhlükəsizlikdə dayanıqlığın güclənməsi" mövzusunda beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, Ukraynanı tam rəqəmsallaşmış bir ölkəyə çevirmək istəyirlər: "Bunun üçün bizə insan resursları lazımdır".
Qonaq vurğulayıb ki, Ukraynada bir çox qadın silaha sarılıb və kişilərlə birlikdə ölkənin Silahlı Qüvvələrinə qoşulub: "Çünki bizdə bərabər imkanlar var. Qadınlara da eyni münasibət göstərilməlidir. Mənim üçün kibertəhlükəsizlikdə də eyni yanaşma olmalıdır - hər ölkə bərabər imkanlar yaratmalı, qadınları bu imkanlardan istifadə etməyə ruhlandırmalıdır. Müharibə davam etsə də, biz milli təhlükəsizliyimizin və iqtisadiyyatımızın əsas elementlərini qorumağa, işlək vəziyyətdə saxlamağa borcluyuq. Kibertəhlükəsizlik və İT sektoru da bu sahələrə daxildir. Çünki bilirsiniz ki, kiber müharibə artıq bir ildən çoxdur davam edir. Bizim daxili kibertəhlükəsizlik sərhədlərimiz və kritik infrastrukturumuz qorunmalıdır. Bu sahədə insan potensialına böyük ehtiyac var".