“Twitter” koronavirusla bağlı dezinformasiyanın yayılmasına qarşı mübarizəni dayandırıb

İKT
  • 29 noyabr, 2022
  • 22:54
“Twitter” koronavirusla bağlı dezinformasiyanın yayılmasına qarşı mübarizəni dayandırıb

Amerikanın “Twitter” şirkəti eyniadlı sosial şəbəkədə yeni koronavirusla bağlı dezinformasiyanın yayılmasına qarşı mübarizə tədbirlərini məhdudlaşdırıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı şirkətin saytında məlumat verilib.

"23 noyabr tarixindən etibarən “Twitter” COVID-19 ilə bağlı dezinformasiyanın yayılması ilə mübarizə aparmaq üçün tədbirlər görməyi dayandırdı", - daha əvvəl sahibkar İlon Mask tərəfindən 44 milyard ABŞ dollarına satın alınan şirkət bildirib.

Xatırladaq ki, 2020-ci ilin mart ayında platformanın istifadəçiləri üçün koronavirusun yaratdığı xəstəliyin qarşısının alınmasının səbəbləri və üsulları haqqında yanlış məlumatların minimuma endirilməsi üçün nəzərdə tutulmuş qaydalar toplusu qüvvəyə minib.

44 - Tezliklə