Sumqayıtda yeni “ASAN xidmət” üçün avadanlıqlara nə qədər vəsait xərclənəcək?

İKT
  • 13 noyabr, 2021
  • 13:46
Sumqayıtda yeni “ASAN xidmət” üçün avadanlıqlara nə qədər vəsait xərclənəcək?

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Sumqayıtda tikilməkdə olan yeni “ASAN xidmət” mərkəzinin informasiya texnologiyaları (kompyüter və digər texniki avadanlıqlar) avadanlıqlarının satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "İtsol" MMC-dir.

Qalib şirkətə 1,977 milyon manat ödəniləcək.