Rəşad Nəbiyevin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

İKT
  • 01 mart, 2023
  • 07:34
Rəşad Nəbiyevin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin sabah Göyçay şəhərində Kürdəmir, Ucar, Zərdab, Ağdaş və Göyçay rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

"Report" nazirliyə istinadən xəbər verir ki, qəbul martın 6-da, saat 09:30-da Göyçay şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula yazılmaq üçün martın 4-nə qədər nazirliyin Çağrı Mərkəzi (1655) və elektron poçtu (office@mincom.gov.az), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə müraciət etmək mümkündür.