Rəşad Nəbiyev Silikon vadisində işləyən azərbaycanlılarla görüşüb
- 14 dekabr, 2025
- 17:32
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev San-Fransiskoda ABŞ-nin Silikon vadisində yaşayan startap icmasının üzvləri və texnoloji şirkətlərdə çalışan azərbaycanlılarla görüşüb.
"Report" xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, görüş zamanı startapçıların ölkəmizdə rəqəmsal sahənin inkişafına verə biləcəyi töhfələr, həmçinin Azərbaycan tərəfindən onlar üçün mümkün dəstək imkanları barədə fikir mübadiləsi aparılıb.
San-Fransiskoda ABŞ-nin "Silikon Vadisi"ndə yaşayan startap icmasının üzvləri və texnoloji şirkətlərdə çalışan azərbaycanlılarla görüş keçirdik.
— Rashad Nabiyev (@RashadNNabiyev) December 14, 2025
Görüş zamanı onların ölkəmizdə rəqəmsal sahənin inkişafına verə biləcəyi töhfələr, həmçinin Azərbaycan tərəfindən onlar üçün mümkün… pic.twitter.com/f2e5E92M2T