Rəşad Nəbiyev Salyanda vətəndaşları qəbul edib
İKT
- 27 noyabr, 2023
- 11:36
Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Salyan şəhərində vətəndaşları qəbul edib.
"Report" nazirliyə istinadən xəbər verir ki, Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar sakinlərinin qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb.
Nazir müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ araşdırılması ilə əlaqədar nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal müsbət həllini tapıb. Nazirliyin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndəriləcək.
Son xəbərlər
23:01
Qətərin Baş naziri sabah İrana səfər edəcək
Region22:35
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 157-yə çatıb - YENİLƏNİB-4
Digər ölkələr22:33
PSJ Dembelenin müqaviləsinin müddətini uzatmaq istəyir
Futbol22:27
Fidan YPG-nin ləğvinin Suriyada kürd-ərəb qardaşlığını gücləndirəcəyini bildirib
Region22:13
Kris Rayt: ABŞ İranla nüvə məsələsini danışıqlar və BAEA yoxlamaları yolu ilə həll etmək istəyir
Digər ölkələr22:04
"Sabah" klubu Prezident İlham Əliyevə təşəkkür edib
Futbol21:50
Əraqçi BMT-ni ABŞ-nin sanksiyalarını pisləməyə çağırıb
Region21:41
İran ABŞ ilə razılaşma barədə Mərkəzi Asiya ölkələri ilə məsləhətləşmələr aparır
Region21:29