Prezident: "Azərbaycan və Qazaxıstan 2026-cı ilin sonunadək Transxəzər fiber-optik kabel xəttini işə salacaq"
- 26 sentyabr, 2026
- 09:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan və Qazaxıstan arasında fiber-optik kabel xətti 2026-cı ilin sonunadək istismara veriləcək.
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna dair tədbirdə bildirib.
"Bu ilin sonunadək biz Azərbaycan və Qazaxıstanı Xəzər dənizinin dibi ilə birləşdirəcək fiber-optik kabel xəttini istismara verəcəyik. Bu da bizim üstünlüyümüzdür", - Prezident bildirib.
Qeyd edək ki, Xəzər dənizinin dibi ilə Transxəzər fiber-optik kabel xətti layihəsi - Avropa və Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasını nəzərdə tutan "Rəqəmsal İpək Yolu" layihəsinin bir hissəsidir.
Sualtı fiber-optik kabel xətti Aktau – Sumqayıt marşrutu üzrə keçəcək. Maksimal ötürücülük qabiliyyəti saniyədə 400 Tbit-ə çatacaq.