Nazir müavini: “Kibertəhlükəsizlik strategiyası"nın hazırlanması son mərhələdədir”
- 31 may, 2019
- 09:06
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azərbaycanda "Kibertəhlükəsizlik strategiyası"nın hazırlanması son mərhələdədir, güman edirəm ki, tezliklə onun üzərində işlər yekunlaşdırılacaq və qəbul olunacaq”.
“Report” xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
Onun sözlərinə görə, sənəd qarşıdakı 5 ili əhatə edəcək.
“Azərbaycandakı fərdi məlumatların qorunması ilə bağlı qanunvericiliyin “Avropa Direktivi”nə uyğunlaşdırılmasına ehtiyac var və bu, həyata keçirilir”, - E.Vəlizadə qeyd edib.
Nazir müavini onu da deyib ki, təmsil etdiyi qurum Azərbaycana məxsus elektron imzanın Avropa İttifaqı (Aİ) ölkələrində tanınmasına çalışır: “Hazırda Belarusda elektron imzaların qarşılıqlı tanınması üzrə iş aparılır. İstərdik ki, digər Şərq Tərəfdaşlığı və Aİ-yə üzv olan digər ölkələrlə də bunu həyata keçirək”.