Moti Yeger: "Kibertəhlükəsizlik Mərkəzi Azərbaycan və İsrail arasında güclü tərəfdaşlığın sübutudur"
- 22 iyul, 2026
- 11:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi "Technion"la Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Azərbaycan və İsrail arasında güclü tərəfdaşlığın sübutudur.
"Report" xəbər verir ki, bunu "Technion" İnstitutunun Davamlı Təhsil Mərkəzinin rəhbəri Moti Yeger Mərkəzin 7-ci məzun günündə bildirib.
"Biz birlikdə təkcə peşəkar təcrübə deyil, həm də uzunmüddətli imkanlar və etibarlı beynəlxalq əməkdaşlıq qururuq. Davamlı etimadlarına və öhdəliklərinə görə tərəfdaşlarımıza təşəkkür etmək istərdim. Məzunlara demək istərdim ki, bu gün aldığınız sertifikat əldə etdiklərinizi təsdiqidir. Biliklərinizlə nə edəcəyiniz sizin nüfuzunuzu müəyyən edəcək. Vacib olanı qoruyun, dürüstlüklə rəhbərlik edin və unutmayın: bilik tərəqqi yaradır, məsuliyyət isə onu qoruyur", - o vurğulayıb.