"Kaspersky Lab”: Son 12 ayda kriptomaynerlərin hücumlarının sayı 44 % artıb

İKT
  • 29 iyun, 2018
  • 08:43
Kaspersky Lab”: Son 12 ayda kriptomaynerlərin hücumlarının sayı 44 % artıb

Bakı. 29 iyun. REPORT.AZ/ “Kaspersky Lab” şirkətinin hesabatına əsasən, 2017-2018-ci illərdə avadanlığı kriptovalyutanın mayninqi üçün proqram təminatı tərəfindən hücuma məruz qalmış internet istifadəçilərinin sayı 2016-2017-ci illərlə müqayisədə 1,9 mln.dan 2,7 mln.-a qədər artıb.

"Report"un məlumatına görə, kibercinayətkarlar ötən il daha çox inkişafda olan bazarlara istiqamətləniblər və onların hesabına gəlirlərini artırıblar.

"Cinayətkarlar hücuma məruz qalmış istifadəçilərin kompüterlərinin və mobil avadanlığın hesablayıcı gücündən yararlanaraq kriptovalyuta istehsal edən xüsusi proqram təminatı yaradırlar. Kriptomaynerlər cinayətkarlara hədələyici proqramlarla müqayisədə daha az mənfəət gətirir, lakin onlar bunu gizlicə və daha uzun müddət ərzində edirlər. Bu səbədən təəccüblü deyil ki, kompüter və mobil cihazlara hədələyici proqramların hücumlarının sayı 2017-2018-ci illərdə azalıb (müvafiq olaraq 30% və 22,5%)", - hesabatda bildirilir.

“Kaspersky Lab”ın ekspertlərinin məlumatına əsasən, kriptomaynerlər yalnız kompüterlərə deyil, həmçinin mobil cihazlara da hücum edirlər. Bu proqramların bu cür platformalara edilən unikal hücumlarının sayı 9,5% artıb, bununla belə, 2017-2018-ci illərdə onlar dünya üzrə, təxminən, 5 min istifadəçiyə toxunub, bu da 2016-2017-ci illərin göstəricisindən 11% çoxdur.