İRİA: Vençur fondları və kraudfandinq üçün hüquqi baza yaradılacaq
- 09 iyun, 2026
- 10:21
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda vençur fondları və kraudfandinq üçün hüquqi baza yaradılacaq.
"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində bildirib.
Onun sözlərinə görə, ölkədə innovasiya ekosisteminin inkişafı məqsədilə vençur fondları, kraudfandinq və digər innovativ maliyyə alətləri üzrə yeni qanunvericilik paketinin hazırlanması yekunlaşmaq üzrədir: "Rəqəmsallaşma ilə paralel olaraq ölkədə innovativ düşüncənin və innovasiya ekosisteminin formalaşdırılması əsas hədəflərdəndir. Bu istiqamətdə Azərbaycan Mərkəzi Bankı və digər aidiyyəti qurumlarla birlikdə geniş qanunvericilik paketi üzərində işimizi başa çatdırmaq üzrəyik. Yaxın zamanda vençur fondları, kraudfandinq, innovativ maliyyə alətləri, texnoparkların təqdim etdiyi güzəştlər və yüksək ixtisaslı mütəxəssislərin ölkəyə cəlb edilməsinin sadələşdirilməsi ilə bağlı hüquqi baza formalaşdırılacaq".
F. Osmanov qeyd edib ki, qəbul olunacaq qanunvericilik paketi rəqəmsal iqtisadiyyatın və maliyyə sektorunun inkişafına əlavə təkan verəcək.