İRİA: AKM-in məzunları kibertəhlükəsizlik ekosisteminin formalaşmasında xüsusi rol oynayır
- 22 iyul, 2026
- 10:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) məzunları ölkənin kibertəhlükəsizlik ekosisteminin formalaşmasında xüsusi rol oynayır.
"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) 7-ci məzun günündə bildirib.
Onun sözlərinə görə, qarşıda duran hədəf məhz kibertəhlükəsizlik mərkəzi tərəfindən təqdim edilən bilik və bacarıqların artırılmasıdır: "Bu biliklərin məhz universitetlərlə əməkdaşlıq çərçivəsində daha da genişləndirilməsidir. Bu gün artıq 7 təhsil müəssisəsində 10-dan artıq fənn üzrə AKM müəllimləri və mütəxəssisləri təlim proqramlarını həyata keçirir. Bu xüsusda Mərkəzin məzunlarını bir daha təbrik etmək istəyirəm. Hər bir məzunun Azərbaycanın kibertəhlükəsizlik ekosisteminin formalaşmasında xüsusi rolu var və onların fəaliyyəti tərəfimizdən davamlı şəkildə dəstəklənəcək".