İki ölkədən Azərbaycana mobil telefon idxalı bərpa edilib

İKT
  • 11 oktyabr, 2022
  • 05:51
İki ölkədən Azərbaycana mobil telefon idxalı bərpa edilib

Bu ilin ilk 7 ayında Azərbaycana xaricdən 92,649 milyon ABŞ dolları dəyərində 467 min 758 ədəd mobil telefon gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 35 %, kəmiyyət olaraq – 50 % azdır.

Hesabat dövründə Çindən 53,434 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 30 % azalıb) 270 min 369 ədəd (-48,7 %), Vyetnamdan 27,113 milyon ABŞ dolları dəyərində (-46,7 %) 144 min 899 ədəd (-56,2 %), Hindistandan 11,471 milyon ABŞ dolları dəyərində (-21,3 %) 51 min 915 ədəd (-33 %), Koreyadan 470,24 min ABŞ dolları dəyərində (+15 dəfə) 525 ədəd (+18 dəfə), Finlandiyadan 129,35 min ABŞ dolları dəyərində 30 ədəd cihaz alınıb.

Bir il 3 aylıq fasilənin ardından Finlandiyadan və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) tədarük bərpa edilib. BƏƏ-dən 1,8 min ABŞ dolları dəyərində 1 ədəd mobil telefon idxal edilib.

Qeyd edək ki, ötən il Azərbaycana xaricdən (14 ölkədən) gətirilən 1 milyon 580 min 836 ədəd mobil telefonun 56 %-i Çinin, 36 %-i Vyetnamın payına düşüb.

44 - Tezliklə