"ICPC Global"la onun tədbirlərindəki "insight"ların Azərbaycanda tətbiqi müzakirə olunur

İKT
  • 04 sentyabr, 2025
  • 15:01
ICPC Globalla onun tədbirlərindəki insightların Azərbaycanda tətbiqi müzakirə olunur

Azərbaycanlı tələbələr hazırlıqları çərçivəsində "ICPC Global"ın keçirəcəyi tədbirlərdə iştirak edəcək. 

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədr müavini Vüsal Xəlilov Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Dünya Finalına həsr olunmuş mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, həm universitetlərlə, həm ICPC-ni dəstəkləyən təşkilatlarla görüşlər, müzakirələr aparılır: "Ancaq bunların arasında vurğulamaq istərdim ki, "ICPC Global" ilə apardığımız danışıqlar xüsusi əhəmiyyət kəsb edir. Biz bəzi məsələlər barədə razılığa gəlmişik. Məsələn, Azərbaycandan olan tələbələr hazırlıqları çərçivəsində "ICPC Global"ın keçirəcəyi müəyyən tədbirlərdə iştirak edəcək. Həmin tədbirlərdə olan "insight"ların Azərbaycanda tətbiqi ilə bağlı müzakirələr aparırıq. Ümid edirik ki, bu da gələcəkdə bu sahədə olan tələbələrin sayının artmasına ciddi dəstək olacaq".