"Honor" son 2 ayda Azərbaycanın mobil cihaz bazarındakı payının 47 %-ni itirib

İKT
  • 01 sentyabr, 2025
  • 16:23
Honor son 2 ayda Azərbaycanın mobil cihaz bazarındakı payının 47 %-ni itirib

Bu ilin avqust ayında Azərbaycanın mobil cihazlar bazarında "Samsung"un payı 26,54 % təşkil edib.

"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, iyul ayına nisbətən 0,15 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 2,73 faiz bəndi azdır.

Növbəti sıradakı adları açıqlanmayan brendlərin payı aylıq müqayisədə 0,39 faiz bəndi azalaraq, illik müqayisədə 1,32 faiz bəndi artaraq 24,09 % olub.

Üçüncü pillədəki "Xiaomi"nin bazar payı aylıq müqayisədə 0,23 faiz bəndi və illik müqayisədə 2,74 faiz bəndi azalaraq 19,71 % olub.

Dördüncü pillədə qərarlaşan "Apple"ın bazar payı aylıq müqayisədə 0,26 faiz bəndi azalaraq, illik müqayisədə isə 1,46 faiz bəndi artaraq 18,52 % təşkil edib.

İlk beşliyi 4,34 %-lik bazar payı ilə "Honor" qapayır. Onun bazar payı əvvəlki aya nisbətən 0,18 faiz bəndi azalıb, bir il əvvəlki göstərici ilə müqayisədə isə 1,05 faiz bəndi artıb. Beləliklə şirkətin bazar payı ardıcıl olaraq ikinci aydır azalır (ümumi azalma 47 % təşkil edir).