Həsən Həsənli: "IT SkillSprint"in 30-a yaxın iştirakçısı tələbə olarkən iş tapıb"
- 17 iyul, 2026
- 10:34
Yeniliklərdən dərhal xəbərdar olun!
"IT SkillSprint" proqramının 30-a yaxın iştirakçısı üçüncü kursda təhsil alanz zaman iş tapmağa nail olub.
"Report" xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli layihənin bağlanış mərasimində deyib.
Nazir müavini bildirib ki, proqramın ən mühüm üstünlüklərindən biri ali təhsil müəssisələri ilə əmək bazarı arasında əlaqələrin gücləndirilməsidir:
"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Elm və Təhsil Nazirliyi arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla birləşdirərək onları işəgötürənlərin tələblərinə uyğun hazırlayır. Bu gün karyera sərgisində tələbələr işəgötürənlərlə birbaşa ünsiyyət qurmaq imkanı əldə edirlər. Artıq 30-a yaxın tələbə üçüncü kursda oxuya-oxuya özünə iş tapıb. İnanıram ki, gələcəkdə bu göstərici daha da artacaq".
H.Həsənli əlavə edib ki, əmək bazarında tələb olunan ixtisasların universitetlərdə tədrisi məzun olmaqla iş tapmaq arasındakı vaxtı minimuma endirir və bu yanaşma ölkənin rəqabətqabiliyyətli insan kapitalının formalaşmasına mühüm töhfə verir.