Finlandiyanın startapları dəstəkləyən şirkəti Azərbaycan bazarına daxil olur
- 12 mart, 2025
- 17:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Finlandiyanın startapları dəstəkləyən “FinlandQ” şirkəti Azərbaycanda təhsil mərkəzi yaradır.
Bunu “Report”a açıqlamasında şirkətin təsisçilərindən biri Ebra Guharin deyib.
Onun sözlərinə görə, təsisçisi olduğu şirkət Azərbaycanda bəzi şirkətlərlə əməkdaşlıq edir: "Onların bir qismi inkişaf edir, bir qisminin fəaliyyəti elə də uğurlu deyil. Ona görə biz Azərbaycanda təhsil mərkəzi qurmaq üzrəyik. “FinlandQ” dünyanın ən innovativ, yaradıcı startap ekosistemləri dəstəkləmək üçün yaradılıb. Biz sahibkarlara startaplarını Finlandiya, Şimal və Baltik regionuna köçürmək, inkişaf etdirmək və böyütmək üçün lazım olan təlimlər təşkil edirik. Bu kimi xidmətləri Azərbaycanda təklif etmək niyyətindəyik”.
Bakıda martin 6-da "LEF Network Azerbaijan" layihəsi çərçivəsində, Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) təşkilati dəstəyi ilə Latviya, Estoniya və Finlandiya şirkətləri ilə növbəti "B2B networking" tədbiri keçirilib. Layihə Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə yaşıl texnologiyalar, informasiya texnologiyaları və təhsil sahəsində çalışan şirkətlərə dəstək verir.