Fərid Osmanov: "Rəqəmsal transformasiya üçün yeni qanunvericilik paketi hazırlanır"

İKT
  • 09 iyun, 2026
  • 10:19
Fərid Osmanov: Rəqəmsal transformasiya üçün yeni qanunvericilik paketi hazırlanır

Azərbaycanda rəqəmsal transformasiya üçün yeni qanunvericilik paketi hazırlanır.

"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində bildirib.

Onun sözlərinə görə, ölkədə rəqəmsal transformasiyanı sürətləndirilmək məqsədilə yeni qanunvericilik paketi hazırlanması istiqamətində iş aparılır: "Rəqəmsallaşmanın genişlənməsi, yeni texnologiyaların tətbiqi çevik və innovasiyaları dəstəkləyən hüquqi baza formalaşdırmağı zəruri edir. Rəqəmsallaşmanın genişləndirilməsi fonunda bu prosesi dəstəkləyən və çevik inkişaf edən qanunvericilik bazasının yaradılması vacibdir. Hazırda nazirlik, aidiyyəti agentliklər, tərəfdaş təşkilatlar və digər dövlət qurumları ilə birlikdə müvafiq qanunvericilik paketinin hazırlanması istiqamətində işlər aparır".

F.Osmanov əlavə edib ki, yeni hüquqi mexanizmlər ölkədə rəqəmsal inkişafın sürətləndirilməsi, innovasiyaların tətbiqi, süni intellekt texnologiyalarının genişləndirilməsi və rəqəmsal xidmətlərin inkişafı üçün əlverişli mühit formalaşdırmağa xidmət edəcək.

44 - Tezliklə