Fərid Osmanov: "İRİA-nın demək olar ki, bütün akademiyalarla ortaq startap təşəbbüsləri mövcuddur"

İKT
  • 29 sentyabr, 2025
  • 16:04
Fərid Osmanov: İRİA-nın demək olar ki, bütün akademiyalarla ortaq startap təşəbbüsləri mövcuddur

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) Azərbaycana həm istedadları, həm də mütəxəssisləri gətirmək məqsədilə yalnız yerli universitetlər və akademiyalarla deyil, həm də beynəlxalq qurumlarla çox sıx əməkdaşlıq edir.

"Report" xəbər verir ki, bunu İRİA-nın sədri Fərid Osmanov "INMerge" İnnovasiya Sammiti çərçivəsində keçirilən panel müzakirəsində bildirib.

O qeyd edib ki, İRİA-nın demək olar bütün akademiyalarla ortaq tədris proqramları, startap və inkubasiya təşəbbüsləri mövcuddur: "Məsələn, son 3 ildə təxminən 10 min məzunumuz olub və onların təxminən 70 %-i artıq işlə təmin edilib. Daha əvvəl qeyd etdiyim kimi, biz beynəlxalq institutlarla əməkdaşlıq edirik. Yaxşı nümunələrdən biri isə Texnion Universitetidir. Biz yalnız innovasiya, süni intellekt və rəqəmsal texnologiyalara deyil, həm də kibertəhlükəsizliyə fokuslanırıq. Belə ki, Texnion Universiteti ilə üçillik əməkdaşlıq nəticəsində təxminən 78 %-lik məşğulluq göstəricisinə nail olmuşuq. Bu müddətdə 400 nəfər məzun olub. Bu gün bazarda bu sahəyə çox yüksək tələbat var".

F.Osmanov son dövrlər müxtəlif xarici şirkətlərin Azərbaycan bazarına gəldiyini vurğulayıb: "Bunların arasında "Palm" və "Andersen" şirkətlərinin adını çəkə bilərik. "Andersen"lə birgə "Hire and Train" (işə götür, öyrət) proqramına başlamışıq. Qəbul prosesinə başladığımız ilk ayda 14 min müraciət aldıq, lakin yalnız 100 nəfər seçilib. Çox böyük tələbat var və seçilən iştirakçılar ilk gündən real işlər, praktiki nümunələr üzərində işləyirlər. İnanırıq ki, bütün bu şirkətlər və tədris proqramları ölkəyə xarici xidmətləri gətirəcək və Azərbaycan İKT xidmət ixracatçısı kimi mövqeyini gücləndirəcək. Beləliklə, müxtəlif ölkələrdən yeni müqavilələr qazanmaq, ekosistemi daha sürətli inkişaf etdirmək mümkün olacaq".

Son xəbərlər

Bütün Xəbər Lenti