Fərid Osmanov: "Azərbaycan startaplarının Mərkəzi Asiya və MDB ölkələrinə çıxışı genişlənəcək"

İKT
  • 29 sentyabr, 2025
  • 13:07
Fərid Osmanov: Azərbaycan startaplarının Mərkəzi Asiya və MDB ölkələrinə çıxışı genişlənəcək
Fərid Osmanov

"White Hill Capital" vençur fondunun nizamnamə kapitalı 1 milyon ABŞ dolları təşkil edir.

"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədri Fərid Osmanov jurnalistlərə açıqlamasında deyib.

"Fondun kapitalı ilkin olaraq İRİA tərəfindən maliyyələşdiriləcək. İlkin mərhələdə 1 milyon ABŞ dolları vəsait qoyuluşu nəzərdə tutulur və bu istiqamətdə müvafiq danışıqlar aparılır".

F. Osmanov əlavə edib ki, fond Mərkəzi Asiyada mövcud olan ən böyük vençur fondlardan biridir.

"Fond vasitəsilə Azərbaycan startap ekosisteminin maliyyə resurslarına çıxışı asanlaşacaq, ölkə startaplarının həm daxili, həm də Mərkəzi Asiya və MDB ölkələrinə çıxış imkanları genişlənəcək".

Qeyd edək ki, "INMerge 2025" İnnovasiya Sammiti çərçivəsində İRİA və "White Hill Capital" vençur fondu arasında Azərbaycanda yeni vençur maliyyələşmə şirkətinin təsis edilməsi məqsədilə Təsis Müqaviləsi imzalanıb.

Son xəbərlər

Bütün Xəbər Lenti