"Facebook"un Azərbaycandakı bazar payı oktyabrda 28 % azalıb
- 02 noyabr, 2026
- 15:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin oktyabr ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) "YouTube"un bazar payı 40,49 % təşkil edib.
"Report"un "Statcounter" agentliyinin hesabatına istinadən verdiyi xəbərə görə, bu, sentyabr ayına nisbətən 18,93 faiz bəndi, 2025-ci ilin oktyabr ayının göstəricisi ilə müqayisədə 20 faiz bəndi çoxdur.
İkinci pillədə qərarlaşan "Facebook"un bazar payı ay ərzində 10,31 faiz bəndi və ya 28 %, il ərzində isə 1,38 faiz bəndi azalaraq 26,95 % təşkil edib.
Növbəti yerdəki "X"in bazar payı ay ərzində 0,9 faiz bəndi azalaraq, illik isə 4,88 faiz bəndi artaraq 10,12 % təşkil edib.
Dördüncü pillədəki "Instagram"ın bazar payı aylıq 5,02 faiz bəndi, illik müqayisədə isə 28,47 faiz bəndi azalaraq 7,3 % təşkil edib.
İlk beşliyi 6,38 %-lik bazar payı ilə "Pinterest" qapayır. Sosial şəbəkənin bazar payı aylıq 1,31 faiz bəndi, il ərzində isə 1,38 faiz bəndi azalıb.