Dorin Boqdan-Martin: "Azərbaycan rəqəmsal sahədə sürətlə inkişaf edən regional mərkəzə çevrilir"

İKT
  • 17 noyabr, 2025
  • 17:06
Dorin Boqdan-Martin: Azərbaycan rəqəmsal sahədə sürətlə inkişaf edən regional mərkəzə çevrilir

Azərbaycan rəqəmsal sahədə sürətlə inkişaf edən regional mərkəzə çevrilir.

"Report"un məlumatına görə, bunu Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) Baş katibi Dorin Boqdan-Martin Bakıda Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına (WTDC-25) həsr olunmuş mətbuat konfransında bildirib.

"Rəqəmsal Azərbaycan 2030" strategiyası bulud xidmətlərinə, ağıllı infrastruktura və süni intellektin inkişafına töhfə verən data mərkəzlərinə investisiyalar da daxil olmaqla rəqəmsal transformasiyanı stimullaşdırır", - o vurğulayıb.

Onun fikrincə, Azərbaycanı Gürcüstanla və daha sonra yeni fiber-optik magistral vasitəsilə Avropa ilə birləşdirən "Rəqəmsal İpək Yolu" layihəsi beynəlxalq əlaqələri daha da gücləndirməli və rəqəmsal infrastrukturun dayanıqlılığını artırmalıdır.

Son xəbərlər

Bütün Xəbər Lenti