Davud Rüstəmov: Bəzi qurumlar kibertəhlükəsizlik üçün minimal tələbələri belə təmin etmirlər

İKT
  • 09 oktyabr, 2025
  • 14:26
Davud Rüstəmov: Bəzi qurumlar kibertəhlükəsizlik üçün minimal tələbələri belə təmin etmirlər
Davud Rüstəmov

Bəzi qurumlar kibertəhlükəsizlik üçün qanunvericilikdə olan ən minimal tələbələri belə təmin etmirlər.

"Report" xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov "Kritik İnfrastrukturun Müdafiə Yarışı" (CIDC-2025) tədbiri çərçivəsində təşkil olunmuş konfransda deyib.

Onun sözlərinə görə, əgər bu tələblər yerinə yetirilsə, Azərbaycanda kibertəhlükəsizlik sahəsində risk yarıya enə bilər:

"Azərbaycanda yalnız iri sahibkarlıq subyektləri bu sahəyə daxil edilir. Lakin kiçik və ya orta sahibkarlıq subyektləri üçün də risklər var. Kibertəhlükəsizlik üçün olan tələblər ən aşağı tələblərdir. Hələ də minimal tələbləri yerinə yetirə bilməyən subyektlərin olması bu sahədə çatışmazlığın göstəricisidir".

Mərkəz rəisi əlavə edib ki, "ağıllı şəhərlər"in ikişafı üçün Azərbaycan tədbirlər görür:

"Bu sahədə təhlükəsizliyin qorunmasından danışırıqsa, artıq daha böyük tədbirlər görülməlidir. Təhsil sistemində, eyni zamanda, AMEA-da bununla bağlı tədqiqat mövzuları olmalıdır. Səlahiyyətli qurumlarla iş aparılmalıdır, özəl-dövlət sektoru, QHT-lər bu işə maraq göstərməlidirlər".

Son xəbərlər

Bütün Xəbər Lenti