"ChatGPT" Azərbaycandakı bazar payının təxminən 12 %-ni itirib

İKT
  • 02 sentyabr, 2026
  • 13:32
ChatGPT Azərbaycandakı bazar payının təxminən 12 %-ni itirib

Avqust ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) süni intellekt (AI) "chatbot"u olan "ChatGPT"nin bazar payı 83,61 % təşkil edib.

"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, iyul ayına nisbətən 3,78 faiz bəndi, 2025-ci ilin avqust ayının göstəricisi ilə müqayisədə isə 10,97 faiz bəndi və ya 11,6 % azdır.

İkinci pillədəki "Google Gemini"nin bazar payı aylıq 2,91 faiz bəndi, illik isə 10,4 faiz bəndi artaraq 11,45 % təşkil edib.

Növbəti yerdə qərarlaşan "Claude"un bazar payı aylıq 1,89 faiz bəndi, illik isə 2,74 faiz bəndi artaraq 2,99 % təşkil edib.

Dördüncü yerdəki "Perplexity"nin bazar payı aylıq 0,97 faiz bəndi azalaraq, illik isə 0,24 faiz bəndi artaraq 1,47 % təşkil edib.

İlk beşliyi 0,48 %-lik bazar payı ilə "Microsoft Copilot" qapayır. Onun payı aylıq 0,05 faiz bəndi, illik isə 2,35 faiz bəndi azalıb.

Müxtəlif platformaların bazar payına görə AI "chatbot"larının ilk beşliyi aşağıdakı kimidir:

Kompüterlərdə:

"ChatGPT" – 82,55 % (aylıq 6,14 faiz bəndi və illik 11,44 faiz bəndi az);

"Google Gemini" – 12,07 % (aylıq 5,04 faiz bəndi və illik 10,97 faiz bəndi çox);

"Claude" – 3,35 % (aylıq 2,10 faiz bəndi və illik 3,06 faiz bəndi çox);

"Perplexity" – 1,49 % (aylıq 0,97 faiz bəndi az və illik 0,17 faiz bəndi çox);

"Microsoft Copilot" – 0,53 % (aylıq 0,04 faiz bəndi və illik 2,69 faiz bəndi az);

Mobil cihazlarda:

"ChatGPT" – 92,41% (aylıq 14,31 faiz bəndi çox və illik 5,28 faiz bəndi az);

"Google Gemini" – 6,25 % (aylıq 13,06 faiz bəndi az və illik 5,48 faiz bəndi çox);

"Perplexity" – 1,34 % (aylıq 0,97 faiz bəndi az və illik 0,57 faiz bəndi çox);

Planşetlərdə:

"ChatGPT" – 100 % (aylıq 50 faiz bəndi və illik 50 faiz bəndi çox);