Bu ilin aprelində ən çox istifadə olunan e-xidmət açıqlanıb
- 11 may, 2015
- 12:02
Bakı. 11 may. REPORT.AZ/ Cari ilin aprel ayı ərzində bütün qurumlar üzrə “Elektron Hökumət” portalı tərəfindən təqdim olunan e-xidmətlərdən istifadə barədə statistikaya əsasən, aprel ayı üzrə elektron xidmətindən istifadə olunan qurum Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xidmətləri olub. “Report” xəbər verir ki, qurumun 15 elektron xidməti 1 016.5 min dəfə istifadə edilib.
İkinci sırada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dayanır, 6 elektron xidmətdən 212 min, Rabitə və Yüksək Texologiyalar Nazirliyinin 43 xidmətindən 179 min, Dövlət Sosual Müdafiə Fondunun 14 xidmətindən 85 min, Daxili İşlər Nazirliyinin 3 xidmətindən isə 5 min dəfə istifadə olunub.
Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ən çox istifadə olunan xidmətləri abituriyentlərin sınaq və qəbul imatahanları ilə bağlı olan xidmətləridir.