Bakıda Qlobal Gənclər Günü keçiriləcək, beynəlxalq kosmik stansiya ilə canlı bağlantı yaradılacaq
- 29 oktyabr, 2025
- 10:48
Noyabrın 16-da Bakıda Qlobal Gənclər Günü keçiriləcək.
"Report" bu barədə Kosmik Agentliyə ("Azərkosmos") istinadən xəbər verir.
Məlumata görə, tədbir noyabrın 17-28-də Azərbaycan paytaxtında keçiriləcək Beynəlxalq Telekommunikasiya İttifaqının Ümumdünya Telekommunikasiya İnkişafı Konfransı 2025 (WTDC-25) çərçivəsində təşkil ediləcək.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov qeyd edib ki, Qlobal Gənclər Gününə gənc liderlər, sahibkarlar, influnserlər, mühəndislər, tələbələr qatılacaq: "Gənclər beynəlxalq tərəfdaşları ilə münasibət qura biləcəklər. Onların mövzuları rəqəmsal bacarıqlar, gender, iqlim dəyişikliyi, sahibkarlıq və gələcəyin peşələri kimi sahələri əhatə edəcək. Builki tədbirə 400-dən çox əcnəbi gəncin qatılması gözlənilir".
Tədbir vaxtı beynəlxalq kosmik stansiya ilə canlı bağlantı olacaq.