Bakıda "İdarəetmə və optimallaşdırmanın sənaye tətbiqləri" adlı 6-cı beynəlxalq konfrans keçirilir
- 11 iyul, 2018
- 08:24
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 11 iyul. REPORT.AZ/ Bu gün Bakıda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə "İdarəetmə və optimallaşdırmanın sənaye tətbiqləri" adlı 6-cı beynəlxalq konfrans işə başlayıb.
"Report" xəbər verir ki, tədbiri giriş sözü ilə nazir Ramin Quluzadə açıb.
O, bu tədbirin Azərbaycan elminə töhfə olduğunu vurğulayıb. Nazirin sözlərinə görə, konfrans yeni ideyaların ortaya çıxmasına şərait yaradacaq: "Konfransın məqsədi Azərbaycan elminin dünya elminə inteqrasiya olunmasıdır".
R.Quluzadə çıxışında rəhhbərlik etdiyi qurumun BDU, eləcə də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə uğurla əməkdaşlıq etdiyini də söyləyib.
Daha sonra çıxış edən BDU-nin rektoru Abel Məhərrəmov bu konfransın 2005-ci ildən bəri keçirildiyini və Azərbaycan elmi üçün əlamətdar hadisə olduğunu deyib.
Xatırladaq ki, tədbirdə dünyanın 25 ölkəsindən 250-yə yaxın nümayəndə iştirak edir. Konfransın məqsədi "Tətbiq və hesablama riyaziyyatı" jurnalını dünya miqyasında tanıtmaqdır.
Həmtəsisçisi NRYTN olan jurnal dünyanın 152 nəşri arasında 19-cu yeri tutur.