​Azərbaycanın bölgələrində yeni rəqəmli televiziya vericiləri quraşdırılıb

İKT
  • 16 sentyabr, 2014
  • 08:06
​Azərbaycanın bölgələrində yeni rəqəmli televiziya vericiləri quraşdırılıb

Bakı. 16 sentyabr.REPORT.AZ/ Azərbaycanda DVB-T standartlı rəqəmli televiziya yayım şəbəkəsinin genişləndirilməsi məqsədi ilə daha 15 ədəd vericinin quraşdırılması işi başa çatdırılıb.

Rabitə və Yüksək Texnologiyalar Nairliyindən Report-a verilən məlumata görə, vericilər Şamaxı rayonu, Nağaraxana RTS-də, Quba rayonunun Çiçi kəndində, Göygöl rayonu, Çaylı RTS-də, Tovuz rayonu, Yuxarı Öysüzlüdə, Gədəbəy rayonu, Xar-Xar RTS-də, Daşkəsən rayonunun Xoşbulaq, Qazax rayonunun Kəmərli, İsmayıllının Lahıc, Yardımlının Alar, Tovuzun Əsrik Cırdaxan kəndlərində və başqa ərazilərdə quraşdırılaraq istismara verilib.

Qeyd edək ki, “Teleradio” İB digər aidiyyəti ərazilərin də DVB-T yayımı ilə təmin olunması üzrə işləri davam etdirir.

44 filmi