"Aztelekom"un iki yeni regional filialı yaradılıb
- 27 dekabr, 2021
- 10:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) məxsus “Aztelekom” MMC-nin daha 2 yeni regional filial yaradılıb.
"Report"un əldə etdiyi məlumata görə, bununla da şirkətin regional filiallarıınn sayı 5-ə çatıb.
Yeni yaradılan "Cənub Şirvan Regional Filialı" mərkəzi Şirvan şəhəri olmaqla Şirvan, Salyan, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Hacıqabul şöbələrini, "Şimal-Qərb Regional Filialı" isə mərkəzi Zaqatala şəhəri olmaqla Zaqatala, Balakən, Qax, Şəki, Oğuz şöbələrini əhatə edir.
"Aztelekom"da struktur islahatları “Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” ölkə prezidentinin 27 aprel 2021-ci il tarixli fərmanına uyğun olaraq aparılır. Bundan əvvəl şirkətin "Şimal-Şərq", "Aran" və "Dağlıq Şirvan" regional filialları yaradılıb. Filialların sayının 8-ə çatdırılması nəzərdə tutulur.
Nazirlikdən məlumatı "Report"un sorğusuna cavab olaraq təsdiq ediblər.