"AzInTelecom"dan şəhid övladlarına dəstək
İKT
- 10 sentyabr, 2025
- 11:37
Yeni tədris ili öncəsi "AzInTelecom" MMC-nin dəstəyi, "YAŞAT" Fondunun təşkilatçılığı ilə respublikanın müxtəlif regionlarında "Məktəbli ləvazimatları" layihəsi həyata keçirilib.
Layihə çərçivəsində 1 500-ə yaxın şəhid övladına dərs ləvazimatlarından ibarət hədiyyə qutuları göndərilib. Qutulara məktəb çantası, dəftər, xəritə, gündəlik, termos, stolüstü lampa və digər zəruri tədris ləvazimatları qoyulub.
"AzInTelecom" üçün gənc nəslin təhsili və inkişafı xüsusi əhəmiyyət kəsb edir. Şirkət daha əvvəl "YAŞAT" Fondunun təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən "Hədiyyə karvanı" layihəsinə də dəstək göstərib. "AzInTelecom" hər zaman bu istiqamətdəki sosial layihələrə dəstək göstərəcəyini bir daha bəyan edir.
Son xəbərlər
12:23
Sabah Azərbaycanda yağış yağacaq
Ekologiya12:16
Aǧcabədidə yanğın törədən şəxs məsuliyyətə cəlb olunub
Hadisə12:15
Filippində leysan və torpaq sürüşmələri nəticəsində 19 nəfər ölüb
Digər ölkələr12:14
Foto
Azərbaycan və Türkiyə gömrük prosedurlarını sadələşdirməyi müzakirə ediblər
Biznes12:11
"Hall Siti" Moamed-Ali Şonun transferindən imtina edib
Futbol12:07
Əməyin təhlükəsizliyi ilə bağlı daha 55 milli standart hazırlanır
Sosial müdafiə12:04
Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 % artıb
Biznes11:55
Foto
Balakəndə dünən baş verən zəncirvari qəzada ölənlərin sayı 4-ə çatıb
Hadisə11:52