"Azərpoçt": "Poçt tariflərinin artırılması gözlənilmir"

İKT
  • 25 yanvar, 2024
  • 06:55
Azərpoçt: Poçt tariflərinin artırılması gözlənilmir

Azərbaycanda universal poçt xidmətləri üzrə tarixlərin artırılması üzrə hər hansı təklif yoxdur.

"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən İsi Mustafayev ötən ilin yekunları ilə bağlı hesabat tədbirində bildirib.

"Xərclərimizin 60 %-ni işçilərin əməkhaqqı təşkil edir. Minimum əməkhaqqının artırılması haqqında qərarlar olarsa, bu, bizim xidmətlərin maya dəyərinə təsir edər. Lakin indiki halda tariflərlə bağlı hər hansı dəyişiklik gündəmdə deyil",- deyə o qeyd edib.