"Azercell Telecom": Masallıda telekommunikasiya xidmətindən istifadə ilə bağlı çətinlik aradan qaldırılıb

İKT
  • 27 fevral, 2025
  • 09:50
Azercell Telecom: Masallıda telekommunikasiya xidmətindən istifadə ilə bağlı çətinlik aradan qaldırılıb

Masallı rayonunda telekommunikasiya xidmətlərindən istifadədə yaranmış müvəqqəti çətinlik aradan qaldırılıb.

"Report" xəbər verir ki, bu barədə "Azercell Telecom" MMC açıqlama yayıb.

"Fevralın 26-sı axşam saatlarında qısa müddətdə "Azercell Telekom"dan asılı olmayan səbəbdən Masallının inzibati ərazisinin bəzi hissələrində telekommunikasiya xidmətlərindən istifadə edərkən müvəqqəti çətinliklər ilə qarşılaşılması mümkün idi. Yaranmış halın aradan qaldırılması üçün təcili tədbirlər görülüb, müvafiq ərazidə telekomunikasiya şəbəkəsinin fəaliyyəti təmin edən fiber optik kabellərin zədələnmiş hissələri yenilənərək bu istiqamətdə tam normal əsaslarla xidmət göstərilməsi imkanı təmin edilib", - deyə məlumatda qeyd olunub.

44 filmi