Azərbaycanın simli telekommunikasiya fəaliyyətindən gəlirləri 3 dəfə artıb
- 26 avqust, 2025
- 14:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il Azərbaycanda informasiya və rabitə xidmətlərindən 3 milyard 646 milyon 350 min manat gəlir əldə edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin göstəricisindən 13,2 % çoxdur.
Hesabat dövründə mobil telefon rabitəsindən 1 milyard 237 milyon 283 min manat (əvvəlki ilə nisbətən 6,4 % çox), proqram təminatının işlənməsi və bu sahədə məsləhətlərin verilməsindən 464 milyon 10 min manat (+31 %), internet xidmətlərinin göstərilməsindən 470 milyon 972 min manat (+29 %) gəlir əldə edilib.
Həmçinin, bu dövr ərzində məlumatların işlənməsi, veb səhifələrin hazırlanması və idarə olunması ilə bağlı fəaliyyətdən 208 milyon 479 min manat (+13 %), kompüter şəbəkələrinə texniki xidmət və sair informasiya xidmətlərinin göstərilməsindən 264 milyon 25 min manat (+9 %), radio, televiziya verilişlərinin translyasiyası və proqramların tərtib edilməsindən 107 milyon 951 min manat (+12 %), şəhər-kənd telefon rabitəsindən 62 milyon 595 min manat (-20 %) vəsait toplanıb.
Bundan başqa, ötən il Azərbaycanda peyk rabitəsindən 49 milyon 175 min manat (-8 %), data xidmətlərindən 54 milyon 173 min manat (+7,5 %), şəhərlərarası və beynəlxalq telefon rabitəsindən 25 milyon 107 min manat (-3 %), kinofilmlərin, video və televiziya proqramlarının istehsalı ilə əlaqədar fəaliyyətdən 50 milyon 859 min manat (-4 %), nəşriyyat fəaliyyətindən 30 milyon 833 min manat (-15 %), simli telekommunikasiya fəaliyyətindən 41 milyon 248 min manat (+3 dəfə), simsiz telekommunikasiya fəaliyyətindən 75 milyon 532 min manat (+29 %), sair telekommunikasiya fəaliyyətindən 463 milyon 600 min manat (+12 %), digər xidmətlərdən 40 milyon 508 min manat (+19 %) gəlir əldə olunub.