Azərbaycanın rəqəmsal həllərinin beynəlxalq bazarlara çıxarılması müzakirə edilib
- 05 oktyabr, 2026
- 10:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan və Rəqəmsal Əməkdaşlıq Təşkilatı arasında rəqəmsal transformasiya, süni intellekt, innovasiya, kibertəhlükəsizlik və rəqəmsal bacarıqların inkişafı və birgə təşəbbüslərin genişləndirilməsi məsələləri müzakirə edilib.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Bununla bağlı müzakirələr azərbaycanlı nazir ilə Rəqəmsal Əməkdaşlıq Təşkilatının baş katibi Dima Əl-Yahya (Deemah Al Yahya) arasında görüşdə aparılıb.
"Azərbaycanın rəqəmsal həllərinin beynəlxalq bazarlara çıxarılması, startap ekosisteminin inkişafı, nəqliyyatın rəqəmsallaşdırılması və regional bağlantının gücləndirilməsi üzrə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi apardıq. Həmçinin Azərbaycanın "DCO"ya üzvlüyü çərçivəsində Təşkilatın Nizamnaməsini imzalayaraq qarşı tərəfə təqdim etdik", - R.Nəbiyev qeyd edib.