Azərbaycanın informasiya və rabitə sektorunda orta maaş 10 % artıb

İKT
  • 17 iyun, 2025
  • 15:00
Azərbaycanın informasiya və rabitə sektorunda orta maaş 10 % artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda informasiya və rabitə sektorunda orta aylıq nominal əməkhaqqı 1 896 manat təşkil edib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici dövlət sektorunda 1 595 manat, özəl sektorda isə 2 118 manat olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə sektorda orta aylıq nominal əməkhaqqı 10 %, o cümlədən dövlət sektorunda 9 %, özəl sektorda isə 10,3 % artıb.

Mayın 1-nə sektorda muzdla çalışan işçilərin sayı 34,6 min nəfər olub ki, bu da bir il əvvəlki göstəricidən 2,4 % çoxdur.