Azərbaycanın informasiya və rabitə sektoruna investisiya qoyuluşu 49 %-dən çox artıb

İKT
  • 17 sentyabr, 2026
  • 16:28
Azərbaycanın informasiya və rabitə sektoruna investisiya qoyuluşu 49 %-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın informasiya və rabitə sektoruna 320 milyon manat investisiya qoyulub.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 49,4 % çoxdur.

Bu sektora yatırılan investisiyaların ölkə iqtisadiyyatına investisiya qoyuluşunda payı 2,5 % təşkil edib.

2025-ci ildə sektora investisiya qoyuluşu 373,6 milyon manat olub. Bu, 2024-cü illə müqayisədə 46,7 % azdır.

44 - Tezliklə