Azərbaycanın ilk vençur fondunun builki investisiya qoyuluşu açıqlanıb

İKT
  • 13 dekabr, 2024
  • 13:12
Azərbaycanın ilk vençur fondunun builki investisiya qoyuluşu açıqlanıb

Azərbaycanın ilk vençur fondu “Caucasus Ventures” bu il ümumi dəyəri 300 min ABŞ dolları dəyərində 4 layihəyə investisiya qoyub.

"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnvestisiyalar və ekosistemə dəstək şöbəsinin müdiri Ağahüseyn Əhmədov qurumun builki fəaliyyətinə həsr olunmuş hesabat tədbirində bildirib.

Onun sözlərinə görə, hazırda onların 600 min ABŞ dolları dəyərində 8 layihəsi razılaşdırma mərhələsindədir.

44 filmi