Azərbaycanın İKT sektorunda ümumi istehsal dəyəri iyulda 30 % artıb

İKT
  • 17 avqust, 2026
  • 17:06
Azərbaycanın İKT sektorunda ümumi istehsal dəyəri iyulda 30 % artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları (İKT) sektorunda 1 milyard 536,4 milyon manatlıq məhsul istehsal edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,4 % çoxdur.

Təkcə iyulda isə bu sektorda 266,1 milyon manatlıq məhsul istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 30 % çoxdur.

Bu ilin ilk 7 ayında sektorun Ümumi Daxili Məhsulda (ÜDM) payı 2 % təşkil edib.

Xatırladaq ki, hesabat dövründə Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq və yaxud illik müqayisədə 1,4 % çox ÜDM istehsal olunub.