Azərbaycanın İKT sektorunda məhsul istehsalı 7 %-dən çox artıb
İKT
- 17 iyun, 2025
- 16:15
Bu ilin yanvar-may aylarında Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları (İKT) sektorunda 904 milyon manatlıq məhsul istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 % çoxdur.
Təkcə mayda isə bu sektorda 188 milyon manatlıq məhsul istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 5 % çoxdur.
Yanvar-may aylarında sektorun Ümumi Daxili Məhsulda (ÜDM) payı 1,8 % təşkil edib.
Xatırladaq ki, hesabat dövründə Azərbaycanda 50 milyard 99,5 milyon manatlıq və yaxud illik müqayisədə 1,5 % çox ÜDM istehsal olunub.
Son xəbərlər
21:20
Türkiyədə zəncirvari yol qəzasında 17 nəfər xəsarət alıb
Region21:06
Fransanın məşhur aktrisası Marina Vladi 88 yaşında vəfat edib
Şou-biznes20:44
ABŞ, Kanada və NATO Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə hazırdır
Digər ölkələr20:40
Ərdoğan: F-35 proqramına qayıdışla bağlı konkret addımlar gözləyirik
Region20:31
Azərbaycan – Kot-d'İvuar ikitərəfli münasibətləri müzakirə olunub
Xarici siyasət20:28
ABA yerli banklarda debet kartların satışına məhdudiyyət qoyulması barədə məlumatları şərh edib
Maliyyə20:26
Maka Boçorişvili: Gürcüstan Rusiya ilə münaqişənin sülh yolu ilə həllinə sadiqdir
Region20:22
Gürcüstan XİN rəhbəri: Azərbaycan-Ermənistan sülh prosesi Cənubi Qafqaz üçün vacibdir
Xarici siyasət20:19