Azərbaycanda veb səhifəsi olan məktəblərin sayı 3 %-ə yaxın azalıb
- 31 avqust, 2026
- 17:38
Ötən il Azərbaycanda 631 əyani ümumtəhsil məktəbinin internetdə veb səhifəsi olub.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 18 ədəd və yaxud 2,8 % azdır.
Veb səhifəsi olan təhsil ocaqlarının 28-i (bir il əvvələ nisbətən 12 ədəd az) ibtidai, 75-i (2 ədəd az) ümumi orta, 528-i (4 ədəd az) isə tam orta məktəbdir.
Hesabat dövründə elektron poçta malik 4 009 məktəb olub ki, bu da illik müqayisədə 205 ədəd və ya 4,9 % azdır. Onların 139-u (66 ədəd az) ibtidai, 655-i (74 ədəd az) ümumi, 3 215-i (65 ədəd az) isə tam orta məktəbdir.
Ötən il lokal şəbəkəyə malik məktəblərin sayı 174 ədəd və ya 9,7 % artaraq 1 962-ə çatıb. Bunların 6-si (1 ədəd az) ibtidai, 180-i (24 ədəd çox) ümumi və 1 776-sı (51 ədəd çox) tam orta məktəbdir.
Ötən il ölkədə 4 195 ümumi təhsil müəssisəsi fəaliyyət göstərib.