Azərbaycanda planşetlərdə "Chrome"un payı bir ayda 13 % azalıb

İKT
  • 01 oktyabr, 2025
  • 15:40
Azərbaycanda planşetlərdə Chromeun payı bir ayda 13 % azalıb

Bu ilin sentyabr ayında Azərbaycanda bütün platformalarda (kompüterlər, mobil cihazlar, planşetlər) "Chrome" brauzerinin bazar payı 79,63 % təşkil edib.

"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, avqust ayına nisbətən 0,85 faiz bəndi, 2024-cü ilin sentyabr ayı ilə müqayisədə 1,16 faiz bəndi çoxdur.

İkinci pillədəki "Safari"nin bazar payı aylıq 0,82 faiz bəndi, illik isə 1,85 faiz bəndi azalaraq 8,66 % olub.

Növbəti yerdə qərarlaşan "Samsung Internet"in bazar payı ay ərzində 0,55 faiz bəndi, illik müqayisədə isə 0,83 faiz bəndi azalaraq 3,1 % təşkil edib.

Dördüncü yerdəki "Opera"nın bazar payı aylıq 0,18 faiz bəndi artaraq, illik isə 0,06 faiz bəndi azalaraq 2,82 % təşkil edib.

İlk beşliyi qapadan "Edge"nin bazar payı aylıq 0,24 faiz bəndi, illik isə 0,41 faiz bəndi artaraq 2,19 % olub.

Müxtəlif platformaların bazar payına görə brauzerlərin ilk beşliyi aşağıdakı kimidir:

Kompüterlərdə:

"Chrome" – 84,76 % (aylıq 2,44 faiz bəndi və illik 5,03 faiz bəndi çox);

"Edge" – 4,99 % (aylıq 0,82 faiz bəndi və illik 1,53 faiz bəndi az);

"Opera" – 3,7 % (aylıq 0,07 faiz bəndi və illik 2,25 faiz bəndi az). Onun bazar ardıcıl olaraq 3-cü aydır azalır. Beləliklə "Opera" ümumilikdə payının 22,4 %-ni itirib;

"Safari" – 2,17 % (aylıq 0,45 faiz bəndi və illik 1,08 faiz bəndi az);

"Yandex Browser" – 1,84 % (aylıq 0,74 faiz bəndi və illik 0,11 faiz bəndi az);

Mobil cihazlarda:

"Chrome" – 75,9 % (aylıq 1,2 faiz bəndi və illik 2,2 faiz bəndi az);

"Safari" – 13,51 % (aylıq 0,77 faiz bəndi və illik 0,47 faiz bəndi çox);

"Samsung Internet" – 5,47 % (aylıq 0,02 faiz bəndi və illik 0,07 faiz bəndi çox);

"Opera" – 2,17 % (aylıq 0,05 faiz bəndi və illik 0,38 faiz bəndi çox);

"Yandex Browser" – 1,59 % (aylıq 0,25 faiz bəndi və illik 0,39 faiz bəndi çox);

Planşetlərdə:

"Chrome" – 65,5 % (aylıq 9,55 faiz bəndi və illik 5,7 faiz bəndi az). Beləliklə onun bazar payı ay ərzində 13 % azalıb;

"Safari" – 13,46 % (aylıq 1,88 faiz bəndi az və illik 5,72 faiz bəndi çox);

"Android" – 9,51 % (aylıq 2,38 faiz bəndi və illik 2,22 faiz bəndi çox);

"Yandex Browser" – 9,05 % (aylıq 7,56 faiz bəndi və 8,3 faiz bəndi çox);

"Opera" – 1,35 % (aylıq 0,81 faiz bəndi və illik 0,34 faiz bəndi çox);

Son xəbərlər

Bütün Xəbər Lenti