Azərbaycanda planşetlərdə "ChatGPT"nin payı bir ayda 6 %-ə yaxın azalıb

İKT
  • 03 noyabr, 2025
  • 18:19
Azərbaycanda planşetlərdə ChatGPTnin payı bir ayda 6 %-ə yaxın azalıb

Bu ilin oktyabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) süni intellekt (AI) "chatbot"u olan "ChatGPT"nin bazar payı 93,55 % təşkil edib.

"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, sentyabr ayına nisbətən 1,53 faiz bəndi azdır.

İkinci pillədəki "Microsoft Copilot"un bazar payı 2,42 % olub. Bu, əvvəlki ayın göstəricisindən 0,41 faiz bəndi çoxdur.

Növbəti yerdə qərarlaşan "Google Gemini"nin bazar payı ay ərzində 1,31 faiz bəndi artaraq 2,32 % təşkil edib.

Dördüncü yerdəki "Perplexity"nin bazar payı oktyabrda 0,11 faiz bəndi azalaraq 1,51 % olub.

İlk beşliyi 0,2 %-lik bazar payı ilə "Claude" qapayır. Onun payı sentyabr ayı ilə müqayisədə 0,08 faiz bəndi azalıb.

Müxtəlif platformaların bazar payına görə AI "chatbot"larının ilk beşliyi aşağıdakı kimidir:

Kompüterlərdə:

"ChatGPT" – 93,88 % (sentyabra nisbətən 0,64 faiz bəndi çox);

"Microsoft Copilot" – 2,75 % (-0,52 faiz bəndi);

"Perplexity" – 1,66 % (-0,30 faiz bəndi);

"Google Gemini" – 1,49 % (+0,54 faiz bəndi);

"Claude" – 0,23 % (-11 faiz bəndi).

Mobil cihazlarda:

"ChatGPT" – 91,3 % (-6,73 faiz bəndi);

"Google Gemini" – 8,26 % (+6,94 faiz bəndi);

"Perplexity" – 0,43 % (+0,43 faiz bəndi);

Planşetlərdə:

"ChatGPT" – 85,71 % (-5,71 faiz bəndi);

"Google Gemini" – 14,29 % (+14,29 faiz bəndi).

Son xəbərlər

Bütün Xəbər Lenti