Azərbaycanda planşetlərdə "Android"in bazar payı 10 % azalıb

İKT
  • 02 aprel, 2026
  • 16:05
Azərbaycanda planşetlərdə Androidin bazar payı 10 % azalıb

Bu ilin mart ayında Azərbaycanda mobil cihazlarda "Android" əməliyyat sisteminin bazar payı 75,84 % təşkil edib.

"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi xəbərə görə, bu, fevral ayına nisbətən 0,76 faiz bəndi, 2025-ci ilin mart ayının göstəricisi ilə müqayisədə 4,48 faiz bəndi azdır.

Mobil cihazlarda "İOS" əməliyyat sisteminin bazar payı aylıq 0,88 faiz bəndi və illik müqayisədə 4,81 faiz bəndi artaraq 23,9 % olub.

Planşetlərdə "Android"in bazar payı aylıq müqayisədə 5,3 faiz bəndi və illik müqayisədə 7,66 faiz bəndi azalaraq 71,38 % təşkil edib. Beləliklə onun bazar payı illik ifadədə 10 % azalıb.

Həmin cihazlarda "İOS"un bazar payı 28,52 % təşkil edib ki, bu da aylıq müqayisədə 5,25 faiz bəndi, illik isə 7,56 faiz bəndi çoxdur.