Azərbaycanda peyk təsvirlərinin emalına özəl sektor cəlb ediləcək

İKT
  • 21 oktyabr, 2025
  • 12:08
Azərbaycanda peyk təsvirlərinin emalına özəl sektor cəlb ediləcək

Azərbaycanda peyk təsvirlərinin emalı ilə bağlı özəl sektorun cəlbi daha aktiv və daha genişzolaqlı olacaq.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Rəqəmsal idarəetmə şöbəsinin müdiri Anar Nərimanov "Kosmosdan gələn imkanlar: Kosmik müşahidəmizin sosial-iqtisadi inkişafa töhfəsinin 10 ili" adlı tədbirdə bildirib.

O bildirib ki, dövlət kod yazmamalıdır, bütün intellektual məhsullar özəl sektor vasitəsilə yaradılmalıdır: "Azərbaycanda peyk təsvirlərinin emalı ilə bağlı laboratoriya qurulacaq. Orada tək "Azərkosmos" bu emalda iştirak etmir, burada həm də özəl sektor iştirak edir".

A.Nərimanovun sözlərinə görə, peyk təsvirləri müxtəlif tip intellektual məhsullarının yaradılması, startap ekosisteminin inkişaf etdirilməsi, biliklərin transferi üçün çox yaxşı bir mənbədir: "Əgər beynəlxalq mənbələrə istinad etsək, hazırda peyk təsvirləri əsasında çoxlu startaplar var. Nəhəng texnoloji şirkətlər intellektual məhsulların yaradılacağını əsas gətirərək onlara investisiyalar həyat keçirir".

Son xəbərlər

Bütün Xəbər Lenti