Azərbaycanda mobil cihazlarda "İOS"un bazar payı son 1 ayda 27 % azalıb

İKT
  • 02 iyul, 2026
  • 18:52
Azərbaycanda mobil cihazlarda İOSun bazar payı son 1 ayda 27 % azalıb

Bu ilin iyun ayında Azərbaycanda mobil cihazlarda "Android" əməliyyat sisteminin bazar payı 84,37 % təşkil edib.

"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi xəbərə görə, bu, may ayına nisbətən 5,71 faiz bəndi çoxdur, 2025-ci ilin iyun ayının göstəricisi ilə müqayisədə 3,25 faiz bəndi azdır.

Mobil cihazlarda "İOS" əməliyyat sisteminin bazar payı aylıq 10,51 faiz bəndi azalaraq və illik müqayisədə 3,76 faiz bəndi artaraq 15,59 % olub. Beləliklə onun bazar payı son 1 ayda 27 % azalıb.

Planşetlərdə "Android"in bazar payı aylıq müqayisədə 7,03 faiz bəndi və illik müqayisədə 10,7 faiz bəndi artaraq 88,53 % təşkil edib.

Həmin cihazlarda "İOS"un bazar payı 11,37 % təşkil edib ki, bu da aylıq müqayisədə 6,97 faiz bəndi, illik isə 10,72 faiz bəndi azdır.

44 - Tezliklə