Azərbaycanda informasiya və rabitə xidmətlərinin ümumi dəyəri ötən ay 27 % artıb
- 19 yanvar, 2026
- 15:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il Azərbaycanda informasiya və rabitə (İKT) müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 3 milyard 989 milyon manat təşkil edib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 8,7 % çoxdur.
Bu sahədə əldə edilmiş gəlirin 82,8 %-i qeyri-dövlət sektorunun payına düşüb, 69,2 %-i isə əhali sektoruna aid olub.
Təkcə 2025-ci ilin dekabr ayında isə informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 525 milyon manat olub ki, bu da bir il öncəki göstəriciyə nisbətən 27 % çoxdur.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 2023-cü illə müqayisədə 11,4 % artaraq 3 milyard 601,7 milyon manat olub.