Azərbaycanda İKT sektorunda məhsul istehsalı fevralda 14 %-ə yaxın artıb

İKT
  • 18 mart, 2025
  • 12:12
Azərbaycanda İKT sektorunda məhsul istehsalı fevralda 14 %-ə yaxın artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sektorunda 353,5 milyon manatlıq məhsul istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,6 % çoxdur.

Təkcə fevralda isə bu sektorda 179 milyon manatlıq məhsul istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 13,6 % çoxdur.

2 ay ərzində sektorun ÜDM-də payı 1,9 % təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda 19 milyard 72,2 milyon manatlıq və yaxud 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,2 % çox ümumi daxili məhsul istehsal olunub.

44 - Tezliklə